“Sabah” amerikalı ilə müqavilə imzaladı

Azərbaycanı basketbol üzrə FIBA Çempionlar Liqasında təmsil edəcək “Sabah” heyətini yeni basketbolçu gücləndirib.
Futbolpress.az xəbər verir ki, “futuristlər” Hassani Qravetti transfer edib. Peşəkar karyerası ərzində 2021/2022 mövsümündə NBA-də çıxış edən “Orlando Mecik”in heyətində 8 oyuna çıxıb.
Son mövsümü Polşanın “Slask” klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib.
Zəngin klub təcrübəsinə malik amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb.