“Səudiyyə Ərəbistanı çempionatı dünya liqaları arasında 5-cidir”

“Əl Hilal”ın baş məşqçisi Jorje Jesus açıqlama verib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya mətbuatına danışan mütəxəssis Səudiyyə Ərəbistanı çempionatı haqda fikirlərini bölüşüb:

“Əl Hilal”da ilk dönəmimdə güclü oyunçular yox idi. Mənə görə, hazırda Səudiyyə Ərəbistanı çempionatı dünya liqaları arasında beşincidir. İllər keçdikcə hər şey daha yaxşı olacaq. Buna inanıram”.

“Əl Hilal” Səudiyyə Ərəbistanı çempionatında 2023/24 mövsümünün qalibi olub.