Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirilir.
Futbolpress.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev fikirlərini bölüşüb:
“Məlum olduğu kimi, hazırda yeni baş məşqçimizin təqdimat mərasimidir. İK-nın onlayn formada iclasından sonra Fernandu Santuş milliyə məşqçi təyin olundu. Onun haqda çox danışmaq lazım deyil. Dünya səviyyəli məşqçidir. 2010-cu ildən Yunanıstana təyin olunduqdan sonra 2014-cü ildə yunanları dünya çempionatın çıxarmışdı. Bundan başqa, Portuqaliya ilə Avropa çempionu olmuşdu. Bizim əsas məqsədlərimizdən biri 2028-ci il Avropa çempionatının seçmə mərhələsində uğur qazanmaqdır. Layihə çərçivəsində bu uğuru əldə etməyə çalışacağıq. AFFA rəhbərliyi olaraq ona inanırıq. Santuş də bizə inanır. Müəyyən oyunlarımızı izləyib. Bunları nəzərə alaraq uğurlu iş birliyi olacaq və müsbət nəticə əldə edəcəyik”.
Məlik Məlikov