“Sərfəli nəticə qazanmaq vacibdir”

“Zirə”nin futbolçusu Rafael Utziq Konfrans Liqasının II təsnifat mərhələsində sabah “DAC 1904″ə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu oyunla bağlı bunları deyib:

– Yaxşı rəqibə qarşı oynayacağıq. Baş məşqçimiz mümkün bütün məlumatları bizə verib. Bu oyunda sərfəli nəticə qazanmaq bizim üçün vacibdir.

– “Zirə”nin mərhələ adlamaq şansları necədir? 

– Təbii ki, komanda olaraq ötən mövsümdən bəri birlikdə çıxış edirik. Meydançada bir-birimizi yaxşı başa düşürük. Bu amili nəzərə alsaq, belə rəqiblərə qarşı layiqli mübarizə apara bilərik. Rəqibi elə də yaxşı tanımırıq. İlk dəfə onlarla qarşılaşacağıq. Sabah evdə oynayacağıq. Evdə və səfərdə qalib gəlib növbəti mərhələyə vəsiqə qazana bilərik.

Şahin Cəfərov