Sərdar üçün təkliflər var

“Fənərbağça”dan ayrılan Serdar Aziz Səudiyyə Ərəbistanı və Qətər klublarından təkliflər alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Müdafiəçiyə Türkiyədən də maraq var və o, Super Liqada qalmağa müsbət yanaşır.

“Sivasspor”, “Hatayspor” və “Eyüpspor” futbolçu ilə danışıqlar aparır. 33 yaşlı futbolçu yaxın günlərdə qərarını verəcək.

 

Sərdar “Fənərbağça”da 135 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.