Səmədov: “Sponsor tapılıb, maliyyəmiz də artsa, güclənə bilərik”

“Kəpəz” futbolçusu Əli Səmədovla müqaviləni uzadıb. Yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

Səmədov “FutbolPress“ə açıqlamasında yeni müqavilə haqda fikirlərini bölüşdü:

“Doğma komandamdır, yeni müqavilə imzaladım. Artıq 9 ildir, burdayam. Düzdür, bir aya altı aylıq getdim, amma yenə qayıtdım. “Kəpəz” mənə doğma klubdur. Yenidən birlikdə olduğumuz üçün şadam”.

Yarımmüdafiəçi “sarı-göylər”in 2024/25 mövsümündə hədəflərindən söz açdı:

“Əlimizdən gələni edib, Premyer Liqada qalmağa çalışacağıq. İndiki məqamda hədəfimiz budur. Sponsor tapılıb, maliyyəmiz artsa, güclənə bilərik. Amma indiki məqamda yuxarı sıralar üçün mübarizə aparmağımız real görünmür”.

Şahin Cəfərov