Səmədov dünya ikincisi oldu

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Rahim Həsənov (55 kq) təsəlliverici görüşdə çinli Huoyinq Şiyə tam üstünlüklə (10:1) qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada rusiyalı Alibek Amirova uduzaraq (0:10) mundialı 5-ci pillədə başa vurub.

Məhəmməd Şükürzadə (63 kq) təsəlliverici görüşdə iranlı Erfan Carkaniyə 1:3, Məzaim Mərdanov (130 kq) isə təsəlliverici görüşdə  qırğızıstanlı Samaqan Ormonova 0:9 hesabıyla məğlub olub.

Cocu Səmədov (87 kq) finalda qazaxıstanlı Asan Janişovla qarşılaşıb. Rəqibinə məğlub olan (0:8) güləşçimiz gümüş medalı boynundan asıb.