İngiltərə millisinin baş məşqçisi Li Karsli UEFA Millətlər Liqasında Yunanıstana uduzduqları matçı şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Oyunda üstün tərəf olsaq da, məğlub olduq. Bu, məyusedicidir. Buraxılan qollara reaksiya verə bilmək vacib idi.
Oyunda yeni şeylər yoxladıq. Məşqdə 20 dəqiqə çalışdığımız çalışmaları meydanda tətbiq etdik. İndi komandanın bunun tam öhdəsindən gəlməsi qeyri-realdır. Bir az vaxt lazımdır. Səhvlər də bununla əlaqəlidir”.