Şəhriyar Məmmədyarov Superturnirdə mübarizəyə başlayır

Bu gün Özbəkistanda şahmat üzrə “Uzchess cup” Superturnirinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, iştirakçılar reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaq.

Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digərləri iştirak edəcək. Superturnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək.
Aydın Süleymanlı və Vüqar Rəsulov müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.
Yarışa iyunun 14-də yekun vurulacaq.