“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XII turunda bu gün “Qarabağ”ı qəbul edəcək. Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 18:30-da start veriləcək.
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev “FutbolPress”ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:
“Kubok oyunundan sonra “Qarabağ”la matça hazırlaşmağa çox vaxtımız olmadı. İdeal formada olub, yaxşı nəticə qazanmağa çalışacağıq. Doğma azarkeşlərimizin önündə oynayacağıq. “Qarabağ”ın gücünü bilirik. çalışacağıq, yaxşı nəticə əldə edək”.
“Qarabağ” çempionatda 10 oyundan sonra 27 xalla birinci sıradadır. “Atlılar” bu mövsüm yeganə məğlubiyyəti məhz “Turan Tovuz”la ev oyununda alıb. Tovuzluların müdafiəçisi matçın çətinliyindən söz açdı:
“İlk dövrədə qələbə qazanmışıq, amma yenə çox çətin olacaq. Azarkeşlərimizin önündə yaxşı nəticə istəyirik. Həqiqətən, ağır oyun olacaq. Komanda olaraq oyunun ciddiyətini başa düşürük”.
Şahin Cəfərov