Şəhid övladları “Wilderness cooking” yutub kanalının sahibi ilə görüşdü

1 iyun 2024-cü il tarixində Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün başlamış yay düşərgəsində növbəti görüş baş tutub.

Futbolpress.az xəbər verir ki, cari ilin 8 may tarixində bağlanmış müqaviləyə əsasən reallaşdırılan tədbirlər çərçivəsində dünyaca məşhur “Wilderness cooking” yutub kanalının sahibi Təvəkkül Aslanovla görüş keçirilib. Şəhid övladları ilə video çəkib, şəkil çəkdirən Aslanov onlarla səmimi söhbətlər edib. Uşaqlara xidmət göstərməkdən şərəf duyduğunu bildirən tanınmış yerlimiz gözəl günə görə məmnunluğunu ifadə edib, təşkilatçılara öz təşəkkürünü çatdırıb.

Qeyd edək ki, “Wilderness cooking” yutub kanalının 5.78 milyondan çox izləyicisi var.