II Liqada pley-off mərhələsinin ilk oyunu “Şəfa” – “Hypers” oyununda “Şəfa” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunub.
Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, AFFA İntizam Komitəsi azarkeşlərin davranışına görə “Şəfa”nı 150 manat məbləğində cərimələyib.
Görüş “Hypers”in qələbəsiylə başa çatıb – 2:0. Komandalar arasındakı cavab oyunu iyunun 5-də olacaq.