“Səbail”dən “Kəpəz”ə

“Kəpəz” ötən mövsüm icarə əsasında komandada çıxış edən Elmir Tağıyevlə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Tağıyev ötən mövsüm “Səbail”dən “Kəpəz”ə icarə əsasında keçmişdi.