“Səbail”dən ayrılan futbolçu Polşaya üz tutdu

“Səbail”dən ayrılan Pedro Nunonun yeni klubu müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Polşanın “Korona” klubuna keçib. Bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Pedro ötən mövsüm “Səbail”də 37 oyunda 11 qol vurub.