“Səbail”də növbəti ayrılıq

“Səbail”də daha bir ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Pedro Nuno “dənizçilər”i tərk edib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Nuno kluba və azarkeşlərə təşəkkür edib.

Pedro ötən mövsüm “Səbail”də 37 oyunda 11 qol vurub.

“Dənizçilər”də daha əvvəl legioner müdafiəçi Adi Mehremiç klubu tərk edib.