“Səbail”də növbəti ayrılıq

“Səbail” futbolçusu Vüqar Həsənovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Həsənovla müddəti başa çatan müqavilə uzadılmayıb.

“Səbail” daha öncə Ağabala Ramazanov, Səlahət Ağayev, Adil Nağıyevlə yollarını ayırmışdı.