“Səbail”də növbəti ayrılıq

“Səbail” qapıçısı Səlahət Ağayev ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperin müddəti başa çatan müqavilə uzadılmayıb.

“Səbail” daha əvvəl Ağabala Ramazanov və Adil Nağıyevlə yollarını ayırıb.