“Səbail” rekordunu təkrarladı

“Səbail” Azərbaycan çempionatlarında özünün ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Futbolpress.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz”lə ev görüşündə gerçəkləşib.

Paytaxt təmsilçisi “Kəpəz”lə ev matçında 4 cavabsız qolla qalib gəlib.

“Səbail” tarixində ikinci dəfə Premyer Liqa matçında 4 top fərqi ilə qalib gəlib. 2018-ci il noyabrın 10-da “Sabah”la qarşılaşmada da 4:0 hesabına sevinən “dənizçilər” həmin vaxt səfərdə qələbə qazanıb. Həmin nəticəni təkrarlayan “Səbail” evdə ən böyükhesablı qələbəsini rəsmiləşdirib.