“Səbail” onunla “davam” dedi

2024/25-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” Yusif Nəbiyevlə müqavilə müddətini artırıb.

Futbolpress.az xəbər verri ki, 26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub. Müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir.

Nəbiyev ötən mövsüm “Səbail”in heyətində Azərbaycan Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib