“Səbail” mərakeşli ilə gücləndi

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “dənizçilər” mərakeşli hücumçi Ayman Bualini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Ayman karyerası ərzində Birləşmiş Ərəb Əmirliklərinin “Baynunah”, Türkiyənin “Ümraniyespor” klubunda çıxış edib. O, ötən mövsüm I Liqada 18 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.