Səudiyyə Ərəbistanı barədə qərarını verdi

“Marsel”in hücumçusu Meyson Qrinvud digər klubların diqqətini çəkib.

Futbolpress.az xəbər verir ki, Fransadakı ilk mövsümündə təsirli nəticələr göstərən ingilis futbolçu bu yay müxtəlif çempionatlardan təklif ala bilər. Jurnalist Qrem Beylinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Liqası təmsilçiləri arasında Qrinvuda tələbat var, lakin hücumçu karyerasının belə erkən mərhələsində Avropanı tərk etmək istəmir. 23 yaşlı futbolçuya İtaliya A Seriyası və İspaniya La Liqası klubları da maraq göstərir.

“Transfermarkt” tərəfindən 35 milyon avro dəyərində qiymətləndirilən Qrinvud bu mövsüm 32 oyunda 19 qol vurub.