“Sərhədçi” ümumi hesabı bərabərləşdirdi

Azərbaycan Basketbol Liqasında növbəti pley-off oyunu olub.

Futbolpress.az xəbər verir ki, 1/4 final mərhələsində “Sərhədçi” və “Xəzri” komandaları arasında seriyanın ikinci matçı keçirilib. Görüş birincilərin 71:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Sərhədçi” seriyada ümumi hesabı (1-1) bərabərləşdirib.

Qeyd edək ki, bu komandalar arasında seriyanın 3-cü oyunu mayın 5-i saat 19:30-da baş tutacaq.