“Beşiktaş”ın sabiq baş məşqçisi Sərgən Yalçın yenidən Super Liqada işləyə bilər.
Futbolpress.az xəbər verir ki, “Rizespor” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb. Qaradəniz təmsilçisi yeni mövsüm üçün Yalçına təklif göndərməyə hazırlaşır.
“Rizespor”a hazırda İlhan Palut rəhbərlik edir. Onunla yayda yolların ayrılacağı gözlənilir. Komanda Super Liqada 33 turdan sonra 40 xalla 14-cüdür.