“Səhvlərimizdən qollar buraxdıq”

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev Belarusa uduzduqları yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “CBC Sport”a danışan cinah oyunçusu bunları deyib:

“Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə səhvlərimizdən qol buraxdıq. Ümumilikdə yaxşı oynadıq. Millinin hazırlığı yaxşı keçdi, oyunlara hazırlaşmışdıq. Bəzi səbəblərdən, səhvlərimizdən qollar buraxıb, məğlub olduq. Gələcək oyunlarda inşallah, qələbə qazanacağıq”.

Belarusla oyunda ilk dəfə milli formanı geyinən Əliyev şansından yaxşı istifadə etdiyini bildirib:

“Hamı kömək oldu. Yaxşı təcrübə qazandım. İlk oyunumuz idi, məşqçiyə də təşəkkür edirəm. Məncə, şansımdan yaxşı istifadə etdim”.