“Mançester Siti”nin bu yay heyətində əsaslı dəyişilik edəcəyi gözlənilir.
Futbolpress.az xəbər verir ki, karyerası çoxdan pik həddini keçən bir sıra futbolçular klubu tərk edəcək. Siyahıda Ederson, Con Stonz, Mateo Kovaçiç, İlkay Gündoğan, Kevin De Bruyne və Bernardo Silva yer alıb. Bundan əlavə, ən yaxşı mövsümü keçirməyən Cek Qriliş də “Mançester Siti”ni tərk etməlidir. Bir müddət əvvəl “Milan”a mövsümün sonuna kimi icarə əsasında keçən Kayl Uolker də yayda birdəfəlik gedəcək.
Xatırladaq ki, çərşənbə günü “Mançester Siti” Madrid “Real”ına 1:3 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarlaşdırılıb.