“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada “Mançester Siti”yə qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Səfərdə belə komandaya qalib gəlmək böyük şeydir. Qvardiolanın komandası ilə oyunlarda topa sahib olmaq çoxçətindir. Bilirdik ki, müdafiədə daha diqqətli olmalı və əks-hücumları maksimum dəyərləndirməliyik. Tapşırıqların düzgün icrası qələbəyə imkan verdi”.
“Liverpul” çempionatda 27 turdan sonra 64 xalla birinci sıradadır. “Mançester Siti” isə 44 xalla 4-cüdür.