Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə sabah Belarusa qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:
– Birinci oyunda məğlub olduq. Ümid edirəm ki, sabahkı matçda bunu unutdurarıq. Meydana qələbə üçün çıxacağıq.
– Haitiyə məğlubiyyəti sanki normal qəbul etdiniz. Sabah qələbə qazanmaq, tənqidlərə məruz qalmamaq üçün hansı addımları atacaqsınız?
– Ötən oyunda ağır nəticə oldu. Bunu istəmirdik. Psixoloji olaraq oyuna hazırlaşırıq və ən sadəsini edib, matçdan üzüağ çıxmaq istəyirik.
– Gənc oyunçu kimi özünü düşərgədə necə hiss edirsən? Təcrübəli oyunçular sizə necə kömək olur?
– Millidə debüt etdim. Təcrübəli oyunçular bizə kömək oldu.
– Belarusla Haitini necə müqayisə edərdiniz?
– Haiti atletik idi, Belarus isə bir az Avropa üslubludur. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacaq.
Şahin Cəfərov