Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, “dənizçilər” Türkiyə I Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşacaq. Oyuna saat 17:00-da start veriləcək.
“Səbail” daha sonra – iyulun 13-də “Hatayspor”la üz-üzə gələcək.