“Səbail”i fərqləndirən rəqəm

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümündə ən çox məğlub olan komanda “Səbail”dir.

Futbolpress.az xəbər verir ki, liqanı sonuncu bitirən “dənizçilər” 36 matçda 22 dəfə uduzub, 4 dəfə qələbə qazanıb.

22 xalla mövsümü sonuncu sırada bitirən komanda yeni mövsümdə I Liqada mübarizə aparacaq.