“Səbail”də ayrılıq: “Bir gün görüşmək ümidi ilə”

Müdafiəçi Adil Nağıyev “Səbail”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Nağıyev instaqram postunda bunları yazıb:

“5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə”.

“Səbail” Premyer Liqada mövsümü 7-ci sırada bitirib.