“Neftçi” Tovuzdan 3 xalla döndü

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Autsayder “Səbail” azarkeşləri önündə “Zirə”yə uduzub. Bayıl təmsilçisinin bu nəticə ilə sona iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.

Digər matçda “Neftçi” “Turan Tovuz”a qalib gəlib.

Azərbaycan Premyer Liqası
XXXIV tur

10 may

17:00 Səbail – Zirə 0:1

Qol: Davit Volkov, 90+1
Baş hakim: Tural Qurbanov
“ASCO Arena”

19:30 Turan Tovuz – Neftçi 1:2

Qollar: Rəhim Sadıxov, 16 – Emin Mahmudov, 10, Dembo Darbo, 32
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu