“Səbail” onu komandada saxladı

“Səbail” futbolçusu Rüfət Abdullazadə ilə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi növbəti iki mövsüm “dənizçilər”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Rüfət “Səbail”in heyətində ötən mövsüm Premyer Liqada 35 oyunda (2015 dəqiqə) meydana çıxıb 6 qol vurub və 5 qol ötürməsi ilə yadda qalıb.