“Səbail” kapitanı ilə yollarını ayırdı

“Səbail” Ağabala Ramazanovla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, Ramazanovla müqavilənin müddəti başa çatıb və “dənizçilər” yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamayıb.

Ramazanov karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.