“Səbail” daha bir futbolçusu ilə yeni müqavilə imzaladı

“Səbail” Süleyman Əhmədovla yeni müqavilə imzalayıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi daha bir il “dənizçilər”in formasını geyinəcək.

24 yaşlı futbolçu ötən mövsüm 12 oyunda meydana çıxıb.

Komanda daha əvvəl Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev və Rüfət Abdullazadə ilə müqaviləni yeniləyib.