“Səbail” daha bir futbolçusu ilə yeni müqavilə imzaladı

2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” PFK Cabir Əmirli ilə başa çatan sazişin müddətin artırıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı oyunçu daha 1 il “dənizçilər”in formasını geyinəcək.

Cabir ötən mövsüm “Səbail”in heyətində Premyer Liqada 14 oyunda meydana çıxıb.

Komanda buna qədər Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə, Süleyman Əhmədovla yeni sözləşmə imzalayıb.