Rusiyalı mütəxəssis Valeri Karpin “Beşiktaş”a rəhbərlik edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov məlumat yayıb. Xəbərdə “Rostov”u çalışdıran Karpinin Türkiyə klubunda baş məşqçi postuna namizədlər arasında olduğu bildirilib.
“Beşiktaş”ın Karpina illik 3 milyon avro maaş verməyə razı olduğu qeyd olunub.
Super Liqa təmsilçisində hazırda bu post boşdur. Digər namizədlər isə niderlandlı Mark van Bommel və Nuri Şahindir.