Rusiyalı mütəxəssis Azərbaycan millisində işləmək istəyir

Rusiyalı mütəxəssis Stanislav Çerçesov Azərbaycan millisini çalışdırmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “sport24.ru” saytı məlumat yayıb. Mütəxəssis Qazaxıstan və Azərbaycan millisində baş məşqçi postuna namizəddir. O, Azərbaycan yığmasında işləmək istəyir və konkret təklif gözləyir.

60 yaşlı mütəxəssis son olaraq 2021-2023-cü illərdə Macarıstanın “Ferentsvaroş” klubuna rəhbərlik edib. O, ötən yaydan işsizdir.