A22 Super Liqasının törəmə şirkəti turnirin yenilənmiş formatını dərc edib.
Futbolpress.az xəbər verir ki, hər bir klub ölkə çempionatının qalibi kimi və ya seçmə pley-off vasitəsilə vəsiqə qazana, həmçinin Super Liqanın hazırkı çempionu kimi mübarizə apara bilər.
Yarışda UEFA-nın bütün 55 milli assosiasiyasından, o cümlədən Rusiyadan klublar iştirak edir. Daha əvvəl A22 şirkəti bildirmişdi ki, Rusiya komandalarının Super Liqada çıxışı müsabiqə iştirakçılarının rəyindən asılı olacaq və onlar qəbul meyarlarını özləri yaradırlar.