Rusiya millisi Azərbaycanla yoldaşlıq oyunu keçirmək üçün danışıqlara başlayıb.
Futbolpress.az xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının (RFS) baş katibi Maksim Mitrofanov deyib.
O, bildirib ki, danışıqlar təkcə Azərbaycanla aparılmır:
“Biz həmçinin Qazaxıstan və Ermənistanla da danışıqlar aparırıq. UEFA-ya üzv olan ölkələrlə razılıq əldə etmək çətindir. Sıx oyun qrafikinə görə danışıqlarımız uğursuz ola bilər”.
Azərbaycan bu gün Albaniya ilə, iyunun 11-də isə Qazaxıstanla yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaq.