Runi, Ronaldo və Arda

Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsində Avstriyanı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, türklərin gənc oyunçusu Arda Güler bu görüşdə bir məhsuldar ötürmə ilə yadda qalıb.

Arda Avropa çempionatları tarixində 20 yaşı olmadan bir turnirdə həm qol vuran, həm də məsuldar edən üçüncü futbolçu olub. Ondan əvvəl Ueyn Runi və Kriştiano Ronaldo bu nailiyyəti əldə edib.

18 yaşlı futbolçu Gürcüstanla oyunda qol vurub, Avstriya ilə matçda isə məhsuldar ötürmə ilə yadda qalıb.