Belçikalı məşqçi Vensan Kompani yeni mövsümdə “Bavariya”ya rəhbərlik edəcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin keçmiş rəhbəri Karl-Haynts Rummenigge yerli mətbuata açıqlamasında deyib. O, təyinatın yaxın zamanda rəsmiləşəcəyini bildirib:
“Rəhbərlik baş məşqçi postu üçün Kompanidə qərar qəbul edib. Son detallar həll edildikdən sonra rəsmi müqavilə imzalanacaq”.
Kompani hazırda “Bernli”ni çalışdırır. Onun yaxın vaxtda İngiltərə klubu ilə müqaviləsini ləğv edəcəyi gözlənilir.
Mütəxəssis “Bavariya”da Tomas Tuxeli əvəz edəcək.