Ruhdan düşməmək, irəliyə baxmaq lazımdır”

“Qarabağ” Avropa Liqasının VI turunda “Elfsborq”a uduzub – 0:1.

Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:

“Qələbənin vacibliyi bilinirdi, təəssüf ki, olmadı. İkinci hissənin ilk 15 dəqiqəsini çıxmaqla bütün üstünlük “Qarabağ”da idi. Rəqib qoldan sonra öz meydanına çəkildi və güclü müdafiə olundu. Bu vaxtsa fərdi ustalıq önə çıxmalı idi. Təəssüf ki, alınmadı. Şanslar çox az qalıb və “Qarabağ” qarşıdakı iki oyunda mütləq qələbə qazanmalıdır”.

Mütəxəssis “atlılar”ın Avropa Liqasındakı çıxışını da dəyərləndirdi:

“Avropada zəif komanda yoxdur. Haçıya yuxarıdan baxmaq istəyirik. Amma “Qarabağ”ın çıxışı təqdirəlayiqdir. Belə çempionatdan, şəraitdən, futboldan çıxıb, bizi qürurlandırır. Bəzən futbolda itkilər də olur və belə hallar qaçılmazdır. Ruhdan düşməmək, irəliyə baxmaq lazımdır”.

Şahin Cəfərov