Rudiger üçün Səudiyyə Ərəbistanıdan təklif – 4 ilə 100 milyon

“Real”ın futbolçusu Antonio Rudigerə Səudiyyə Ərəbistanı klublarından biri transfer təklifi göndərib.

Futbolpress.azEl Chiringuito” nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klub müdafiəçi üçün 4 illik müqavilə təklif edib. Bu müddət ərzində Rudiger 100 milyon avro qazanacaq. 

Mənbənin məlumatına görə, alman futbolçu hazırda təklifə cavab verməyib.

31 yaşlı müdafiəçi ötən mövsüm 48 matçda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.