Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger Avro-2024-ün 1/4 finalında İspaniyaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan Rüdiger bunları deyib:
“Böyük və vacib oyun olacaq. Turnirin ən yaxşı komandası üz-üzə gələcək. Şansları bərabər hesab edirəm. Döyüşməyə hazır olmalıyıq.
İrəli getmək üçün cəsarətimiz olmalıdır. Onlar da zəif deyil, yüksək təzyiqlə oynayırlar. Bunun öhdəsindən gələ bilərik. Vacib olan maksimum sakit qalmaqdır. Səhv etmək olmaz”.
Almaniya – İspaniya oyunu iyulun 5-də keçiriləcək.