“Rubin”in sabiq futbolçusu “Qəbələ”də

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.

21 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Samir bunadək “Rubin” (Rusiya) və “Neftçi”də çıxış edib.