Ruben Amorim: “Görüləsi çox şey var”

Ruben Amorim “Mançester Yunayted”i əvvəlki şöhrətli günlərinə qayıdacağına söz verib.

Futbolpress.az xəbər verir ki, Amorim “Mançester Yunayted”i idarə etməklə bağlı yaranan böyük təzyiq və məsuliyyətin fərqində olduğunu etiraf edib. Bu üzdən də gənc mütəxəssis “qırmızı-şeytanlar”ın çalışdırıcısı kimi ilk mətbuat konfransında danışarkən, bütün çətinliklərə hazır və özünə əmin olduğunu bildirib:

“Bu, tamamilə fərqli bir dünyadır. Görüləsi çox şey var. Burada sadəcə məşqçi deyilsiniz. Son bir neçə ilə baxmayaraq, siz klub tarixinin ağırlığını hiss edirsiniz və onun bir hissəsi olmaq istəyirsiniz. Burada qalib gəlsəniz, İngiltərədəki digər klublardan fərqli olacaq”.

Portuqaliyalı məşqçi bazar günü “İpsviç” səfərində “Yunayted”in baş məşqçisi kimi debüt edəcək.