Roysun yeni klubu məlum oldu

Dortmund “Borussiya”sından ayrılan Marko Roys karyerasını ABŞ-də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi MLS təmsilçisi “Los Anceles Qalaksi” ilə razılaşıb. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. Roysun keçidi yaxın zamanda açıqlanacaq.

Alman futbolçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Roys 2012-2024-cü illərdə “Borussiya”nın formasını geyinib.