Roys: “Vidalaşmaq çətin olacaq”

“Borussiya” mövsümün sonunda komandanın yarımmüdafiəçisi Marko Roysun ayrılacağını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, Roys bu ayrılığın onun üçün asan olmayacağını bildirib:

“Burada keçirdiyim 12 il üçün fəxr edirəm. Klubda çətin anlarımız çox oldu, lakin hər anımdan zövq aldım. Vidalaşmaq çətin olacaq. Diqqətimizi qalan oyunlara verməliyik. Bu yolda azarkeşlərin dəstəyinə ehtiyacımız var”.

Yarımmüdafiəçi 2012-ci ildən “Borussiya”nın formasını geyinir.