Roys MLS klubu ilə danışıqlar aparır

Dortmund “Borussiya”sından ayrılan Marko Roys karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Los Anceles Qalaksi” ilə danışıqlar aparır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Roysun Səudiyyə Ərəbistanı və Avropadan da təklifləri var. Lakin oyunçu ABŞ-yə getməyə müsbət yanaşır.

2012-ci ildən “Borussiya”nın formasını geyinən alman futbolçu klubla müddəti başa çatan müqaviləsini uzatmayıb.