Roys karyerasını harda davam etdirəcək?

Mövsümün sonunda “Borussiya”dan ayrılacaq olan Marko Roysun karyerasını MLS və ya Türkiyə çempionatında davam etdirə bilər.

Futbolpress.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, azı bir mövsüm forma geyinmək istəyir.

Qeyd olunur ki, Roysun xidmətində “Beşiktaş” maraqlıdır.

Yarımmüdafiəçi 2012-ci ildən “Borussiya”da çıxış edir.